EBU “Eurovision-2012” mahnı müsabiqəsinin boykot edilməsi barədə çağırışları “zərərli çağırışlar” adlandırıb
3 May 2012 17:05 MədəniyyətAvropa Yayımları Birliyinin (EBU) baş direktoru xanım İnqrid Deltenre Almaniya Bundestaqının deputatı Ştrasserin bu il mayın axırlarında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsini boykot etməyə çağırışını "zərərli" hesab etdiyini bildirib.APA-nın AzərTAc-a istinadən yaydığı məlumata görə, xanım İnqrid Deltenre belə bir addımın atılmasını düzgün saymayıb: "Bu, böyük səhv olardı". İnqrid Deltenre bu fikri Cenevrədə Azərbaycan nümayəndə heyətinin səfərinin və burada keçirilmiş Azərbaycanda mətbuat azadlığı mövzusunda seminarın yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31