"Kuzey Güney": 33-cü seriya VIDEO
3 May 2012 12:23 MədəniyyətSimayın ifadəsi Kuzeyin başını dərdə salır.Kuzey vəhşicəsinə döyülmüş vəziyyətdə tapdığı Simayı xəstəxanaya çatdırmaq üçün əlindən gələni edir. Amma Simay nəfəs almaqda çətinlik çəkdiyi anlarda belə, Fərhadın qəzəbindən qorxmaqdadır. Kuzeyin isə artıq susmaq niyyəti yoxdur. O, ifadəsini almağa gələn polislərə hər şeyi anlatmaqda qərarlıdır. Bu arada Fərhad da boş durmur, gerçəklərin ortaya çıxma ehtimalına qarşı tədbir görməyə başlayır.Şekip Uncunun Kuzeyi dəstəkləməsi ilə daha da hirslənən Güneyin yeni planları var. Digər tərəfdən, Kuzeyin polis tərəfindən şübhəli qismində saxlanılması Güneyə gözlədiyi fürsəti yaradır. Kuzey bütün cəhdlərinə rəğmən günahsızlığını polis əməkdaşlarına sübut edə bilmir və gecəni polisdə keçirməli olur. Cemre və Zeynəb arasındakı gərginlik isə özünü hər addımda hiss etdirir. Çətin anlarında Cemreni yalnız buraxmayan Barış isə hədəfinə addım-addım yaxınlaşdığını hiss edir. Saminin Kuzeylə Zeynəbin münasibətləri haqqında düşüncələrini öyrənən Hüseyn bu münasibətlərin get-gedə daha ciddi xarakter almasından qorxmağa başlayır. O, qızını Kuzeydən uzaqlaşdırmaq istədikcə, Kuzeyə doğru daha çox itələdiyini anlamır.