“Fatmagülün suçu ne?” - Yeni seriyada nələr olacaq? VIDEO

Həbsxanada keçirdiyi günlər boyunca Faimagülün xəyalı ilə yaşayan Mustafa, nəhayət, gerçəklərlə üzləşir. Böyük ümidlə Fatmagülə zəng edən Mustafa Kərimlə Fatmagülün evlənəcəklərinə əmin olur və gələcəklə bağlı bütün ümidlərini itirir. Mustafanın həbsdə ola-ola həyatlarına sızmağı bacarması Fatmagül və Kərimi yeni tədbirlər görməyə vadar edir. Digər tərəfdən, toya sayılı günlər qaldığı bir vaxtda yaşanan xoş təlaş Mustafanın mövcudluğunu qısa müddətdə unutdurur. Fəxrəddinin Avstraliyadakı həyat yoldaşı və qızı Dənizin də İstanbula gəlməsi ilə toy evindəki hazırlıqlar sürətlənir.Artıq itiriləcək heç bir şeyinin qalmadığını bilən Mustafa isə Kərimlə Fatmagülün xoşbəxtliyinə birdəfəlik əngəl olmaq üçün hərəkətə keçir. Yaşadığı iflasdan sonra Rəşad Yaşaranın tuta biləcəyi bir budaq da qalmır. Ərdoğan isə həbsxanada taleyi ilə razılaşır və məhkəmə gününü gözləyir. İçərisində olduğu şərtlərə müqavimət göstərməyə çalışan Səlim isə onu gözləyən sona çox yaxındır.
Toy günü çatanda evdəki həyəcan son nöqtəyə çatır. Bu arada Mustafanın toy günü ilə bağlı planlarının olduğunu anlayan Asu son dəqiqədə vəkil Kadirə xəbərdarlıq etməyi bacarır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31