«Amaci» tamaşaçılara başqa formada təqdim olunur
MTRŞ monitorinq aparır
2 May 2012 16:28 MədəniyyətMilli Televiziya və Radio Şurası "Space" TV-də ölkədə böyük izləyici kütləsi toplayan "Bu zalım dünyada doğulma" serialı ilə bağlı təqdim olunan şou verilişini artıq diqqətdə saхlayır. Şuranın şöbə müdiri Təvəkkül Dadaşov "OLAYLAR"a bildirib ki, hazırda bu verilişlə bağlı müşahidələr aparılır. Verilişin səviyyəsi, yeni bölümlərdən fraqmentlərin verilib-verilmədiyinə nəzarət olunur. Şura sədrinin köməkçisi Toğrul Məmmədov isə bildirdi ki, Nuşirəvan Məhərrəmli İsveçrə səfərindən qayıtdıqdan sonra məsələ ilə bağlı lazımi qərar veriləcək. Qeyd edək ki, MTRŞ-nın əcnəbi serialların yayımının dayandırılması ilə bağlı qərarından sonra "Space" televiziyası "Bu zalım dünyada doğulma" serialını başqa formatda təqdim edir. Hətta təqdim olunan fraqment ətrafında "müzakirələr" də aparılır.