Bakı Uşaq Teatrı yubileyini qeyri-adi keçirəcək

Mayın 11-də 10 yaşı tamam olacaq Bakı Uşaq Teatrı yubileyini qeyri-adi formada keçirməyi planlaşdırır.Bu barədə Kulis.az-a teatrın direktoru İntiqam Soltan məlumat verib: "Biz 10 yaşımızı ənənəvi formada keçirmək fikrində deyilik. Mayın 11-i teatrın yerləşdiyi binadan çıxaraq Gül bayramının keçirildiyi Heydər Əliyev sarayının qabağına teatral yürüş keçirəcəyik. Teatrın heyəti nağıl personajlarının geyimində olacaq". İ. Soltan deyib ki, sarayın qabağından Gənc Tamaşaçılar Teatrına, oradan Rus Dram Teatrına, sonra Musiqili Komediya Teatrına, daha sonra Kukla Teatrına doğru gedəcəklər. Hər bir teatrın qabağında 5 dəqiqəlik səhnəciklər göstəriləcək. Teatral yürüş Bakı Uşaq Teatrının yarandığı yerdə ( indi həmin yerdə atraksion var - red.) - Bakı Bulvarında bitəcək.
"Bu teatrın yox, tamaşaçıların bayramıdır. Biz tamaşaçıların yanında olmaq istəyirik. Həmçinin küçədəki insanlarda teatra maraq yaratmaq istəyirik". - İntiqam Soltan belə deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31