Serial çəkilişində faciə: ölən və yaralananlar var
2 May 2012 16:24 MədəniyyətTürkiyənin TNT telekanalında yayımlanan "Arka sıradakiler" serialının çəkilişi zamanı faciə baş verib. Milli.Az-ın Yazete.com-a itinadən verdiyi məlumata görə, hadisə nəticəsində 26 yaşlı asissent Selin Erdem ölüb, daha iki nəfər isə yaralanıb. Hadisə İstanbulun Kağıthane rayonunda baş verib. Çəkiliş zamanı fasilə elan edilib və yaradıcı heyətin bir neçə üzvü səkidə söhbət etməyə başlayıb. Bu zaman çəkiliş qrupunun mikroavtobuslarından biri sürətlə adamların üstünə gəlib. Maşının əyləc sisteminin sıradan çıxdığı bildirilir.
Qəza ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31