Azərbaycan şou-biznesinin ən varlısı kimdir?

Azərbaycan şou-biznesinin nümayəndələri yerli telekanallardan birinə pullarını harada saxlamaları, kimi ən varlı hesab etdikləri haqda danışıblar. Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, xalq artisti Aygün Kazımova bütün pullarını öz layihələrinə xərclədiyini söyləyib: "Pul gələn kimi, dərhal xərclənir. Odur ki, gedib seyfə çatmır. Pul qazanmadığım ay olmayıb. Bəzən olub ki, 30-40 min, hətta bir qədər artıq da qazanmışam. Məncə şou-biznesimizin ən varlı nümayəndəsi İlhamə Quliyevadır. Bunu onun geyimlərinə baxaraq söyləmək mümkündür". İlhamə Quliyeva: "Aygün haqlıdır. Qızıl bəzək əşyalarını sevirəm. Onlarla özümü çox gözəl hiss edirəm. Hələ uşaqlıqdan "trofey" geyimlər geymişəm". Xəyam Nisanov: "Bankda çoxlu pulum var. Amma əlbəttə ki, məndən varlı müğənnilər var. Onlar tanınmış xalq artistləridir". Ayaz Qasımov: "Pulu ya evdə, ya maşında, ya da bankda saxlayıram". Faiq Ağayev: "Kim pulunu harada saxladığını deyər?! Mənim pulum bankı dolduracaq qədər çox deyil". Tünzalə Ağayeva: "Mən biznesmen deyiləm ki, pulumu bankda saxlayım". İradə İbrahimova: "Bankda pulum var. Amma onu özüm qazanmamışam. Həyat yoldaşım verib. Mənə elə gəlir ki, Azərbaycanda müğənnilər çox yaxşı yaşayırlar. Bizdə pul qazanan kimi maşın alırlar. Ən ağıllı müğənnilər isə mənzil alırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31