"Öyle bir geçer zaman ki" Əli kapitanın həyatı yenidən təhlükədə... VIDEO

Zəhranın qaçırılması bütün ailəni bir-birinə qatır. Hamının Əhməddən şübhələndyi vaxtda Hakanın atasından telefon zəngi gəlir. Zəhranın yerini bildiyini deyən Əkrəm Tatlı oğlunu üz-üzə söhbətə çağırır.Gülay axırda dözə bilmir və Aylinin hamilə olduğunu Sonerə söyləyir. Bu həqiqət qarşısında nə edəcəyini bilməyən Sonerin bütün planları alt-üst olur.Kənandan intiqam almaq istəyən Əli kapitan gömrüyə gələn gəmiyə girmək üçün Kamaldan yardım istəyir. Amma Kamal belə bir işə qarışmaq istəmir. Əli kapitan onu birtəhər yola gətirir və gəmiyə girir. Onun şübhələri doğru çıxır. Lakin aşkarladığı dəlillər gözlədiklərindən daha böyükdür. İki qardaş polisə getmək istəyəndə Karolin, Kənan və Əkrəm Tatlı ilə üzləşir.Mete və Nihalın ailəsi görüş günündə həbsxanaya gedirlər. Nihal bu dəfə də görüşə gəlmir. Bu, Metenin şübhələnməsinə səbəb olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31