“Eurovison” ərəfəsində İTV-dən yenilik
2 May 2012 14:16 Mədəniyyət"Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində İctimai televiziya yüksək həlletmə qabiliyyətli rəqəmli yayımla yayımlanacaq". Bunu "Olaylar"a açıqlamasında Milli Televiziya və radio Şurasının Texniki Şöbəsinin müdiri İsa Məmmədov bildirdi. "Artıq bu prosesə başlanılıb və mayın sonuna qədər davam edəcək. Xüsusən də, müsabiqə ərəfəsində İctimai televiziya daha yüksək keyfiyyətli xidmət göstərəcək. Bu gün bütün yerüstü yayımçılar rəqəmsal yayıma keçib və 37-ci kanalda yayımlanır. Ümumilikdə isə, rəqəmsal yayım ölkə ərazisinin 80%-ni əhatə edir". Radioların rəqəmsal yayıma keçməsinə gəlincə isə, İ.Məmmədov hələ ki, bununla bağlı hər hansı qərarın verilmədiyini bildirdi. "Bu gün ölkədə rəqəmsal yayımı qəbul edəcək radio cihazlar olmadığına görə, radioların rəqəmsal yayıma keçilməsi planlaşdırılmır".