Qardaş ölkə sənətçilərnin növbəti görüşü
2 May 2012 14:13 MədəniyyətTürkiyənin bir sıra məşhur sənətçiləri, aktyor və aktrisaları, TRT-də yayımlanan "Avropa, Avropa" dizisinin yaradıcıları və bir sıra tanınmış jurnalistləri "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin qonağı olub. "Olaylar"ın verdiyi məlumata görə, "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu"İctimai Birliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin(AVMVB) təşkilatçılığı ilə düzənlənən gecə iki ölkənin sənət adamlarının bir-birini daha yaxından tanımasına həsr olunub. Tədbirdə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva çıxış edərək "bir millətin iki dövləti" arasında millət vəkilləri, dövlət xadimləri qədər sənət xadimlərinin, ümumən mədəniyyətin də özəl yeri olduğunu vurğulayıb, sənətin, sənət xadimlərinin gördüyü işlərin xalqları, toplumları bir-birinə daha yaxın etdiyini qeyd edib. "İnşallah növbəti çəkilişləri, tədbirləri birgə işğaldan azad edəcəyimiz Qarabağda, Şuşada həyata keçirərik".
Gecədə həmçinin millət vəkili Musa Qasımlı, Leyla Abdullayeva, AVMVB-nin sədri Füzuli Rzaquliyev, TRT-nin Bakı bürosunun müdiri Yüksəl Deyercan, Türkiyənin tanınmış sənətçiləri Tarik Unluoğlu, yapımcı Banu Ağdəniz, yazıçı-publisist Əkbər Qoşalı, əməkdar artistlər Azərin, Tünzalə Ağayeva, həmçinin Lalə Məmmədova iştirak ediblər.