Hazırda ölkədə 550-yə yaхın otel fəaliyyət göstərir
18 Aprel 2012 17:51 MədəniyyətÖlkədə fəaliyyət göstərən otellərin standartlarının yenidən müəyyən olunması üçün İşçi Qrupu yaradılır və hazırda bu iş üçün ekspertlər yığılır. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, İşçi Qrupunun tərkibinə ekspertlərin cəlb olunması prosesi başa çatdıqdan sonra işə başlanılacaq: "Ola bilsin ki, aparılan təhlillərdən sonra köhnə standartlar yeniləri-müasir tələblərə cavab verən standartlarla əvəz olunsun". M.Ağakərimov onu da bildirdi ki, iyun ayında otellərin monitorinqinə başlanılacaq. Sədrin müşaviri hazırda ölkədə 550-yə yaхın otelin fəaliyyət göstərdiyini bildirdi. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31