“Avrupa Avrupa” teleserialının çəkiliş qrupu Bakıdadır

Filmi seyr edənlər paytaxtla daha yaxından tanış olacaqlar

Mayın 1-də Türkiyənin TRT kanalında yayımlanan "Avrupa Avrupa" teleserialının çəkiliş qrupu Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirdi. Mətbuat konfransında çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc bildirdi ki, qonaqlar artıq 2 gündür ki. Bakıdadırlar. Filmin prodüsseri Banu Akdeniz bildirdi ki, teleserialın 32 seriyasının müəyyən hissəsi Bakıda çəkildi. Bu bölümü seyr edən tamaşaçılar Bakı ilə yaxından tanış olacaq, Bakının tarixi yerlərini seyr edəcəklər. Teleserialda çəkilən məşhur aktyor Tarık Ünlüoğlu isə Azərbaycanın "Eurovision"u layiqincə təmsil etməsini arzuladı.

Ədil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31