Türkiyə səfirindən serial etirazı

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç türk filmləri də daxil olmaqla bütün əcnəbi serialların Azərbaycan telekanallarında yayımının qadağan edilməsinə münasibət bildirib.Səfir Milli Televiziya və Radio Şurasının qərarının düzgün olmadığını deyib: "Türk filmləri də Azərbaycan filmləri kimi qəbul edilməlidir. Biz bu məsələ ilə bağlı bir neçə dəfə müzakirələr aparmışıq. Lakin hər dəfə nəticə əldə edilməyib. Türk seriallarının qadağan edilməsi ilə razı deyiləm. Bununla belə, hökumətin qərarını hörmətlə qarşılayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31