Fuad Muradov: “ Biz Evrovision”la bağlı öhdəlik götürməmişik”

"Bəzi qüvvələr deyirlər ki, "biz Azərbaycanda keçiriləcək "Eurovision-2012" beynəlxalq mahnı yarışmasında iştrak edəcəyik", bəziləri isə deyir "iştrak etməyəcəyik". Biz bununla bağlı hansısa öhdəlik götürməmişik. Biz qalib olmuşuq və mümkün qədər ən yaxşı şəkildə bu mahnı yarışmasını yola verəcəyik". Bunu deyən millət vəkili Fuad Muradovun sözlərinə görə,  kim gəlirsə, xoş gəlsin, kim gəlmirsə, öz işidi, gəlməsin: "Biz onlarla bağlı xüsusi bir öhdəlik götürməmişik. Bu Azərbaycanın beynəlxalq səviyyədə qələbəsidi və Azərbaycana da qələbə yaraşır. Azərbaycanın 20 faiz torpağı 20 ildir işğal olunub. İnsanlar 20 ildir insan haqlarının pozulmasından əziyyət çəkirlər, niyə Avropadan bu məsələ ilə bağlıkimsə maraqlanmır?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31