Maykl Ceksonun mühafizəçisi müğənnidən şok faktlar açıqladı
1 May 2012 17:22 Mədəniyyət2009-cu ildə pop musiqisinin kralı Maykl Ceksonun mühafizəçisi müğənninin şəxsi həyatı barədə ilginc məlumatlar açıqlayıb. "Qafqazinfo"nun xarici KİV-lərə istinadən xəbərinə görə, mühafiəzçi deyib ki, Maykl Cekson ilə bi ilin fevral ayında dünyasını dəyişən Uitni Hyustonla 1991-ci ildə bərabər olublar. On bir il müğənniyə mühafizəçilik edən Matt Fiddes cütlüyün Maykl Ceksonun Kaliforniyadakı evində görüşdüyünü söyləyib. Fiddes deyib ki, Cekson Hyustonla evlənməyi düşünürmüş. Fiddes deyib ki, Maykl Ceksonu narkotika məhv etdi. Hər iki müğənninin ruhən biri-birinə yaxın olduğunu deyən cangüdən, "bir-birilərini çox yaxşı anlayırdılar", söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31