Xalq artistindən mövqe

Rasim Balayev: “İndiyə kimi milli seriallarımızla tamaşaçıların qarşısına çıxa bilməmişiksə, bundan sonra necə olacaq?”

Televiziya kanallarından xarici serialların yığışdırılması ilə bağlı xalq artisti Rasim Balayev "Olaylar"a eksklüziv açıqlama verib: "İndiyə kimi milli seriallarımızla tamaşaçıların qarşısına çıxa bilməmişiksə, bundan sonra necə olacaq? təki olsun. Yeni seriallar çəkilsin. Ancaq bunu tez bir zamanda etmək mümkün deyil axı. Bu qərar qəfildən verildi. Mən ümumiyyətlə seriallara baxmıram. Ancaq rus telekanallarında yayımlanan serialları izləyirəm. Amma xarici serialların yayımının ölkə ərazisində birdən - birə dayandırılması serial həvəskarları üçün  bir qədər çətinlik yaradacaq". 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31