Cavanşir Məmmədov oğluna toy edir
1 May 2012 16:32 Mədəniyyət" Əməkdar artist, müğənni Cavanşir Məmmədov bu gün oğlu Xəqani üçün toy edəcək. Qeyd edək ki, müğənni tanınmış azərbaycanlı iş adamı ilə qohum olur. Müğənninin "Olaylar"a verdiyi eksklüziv açıqlamaya görə onun oğlu "Kleopatra" restoranının müdiri Vəli müəllimin qızı ilə ailə qurur. Toy mərasimi də bu məkanda keçiriləcəyini deyən C.Məmmədov toya xüsusi olaraq Türkiyədən sənətçi gələcəyini də dedi: "Məhz oğlumun toyuna Türkiyənin ən tanınmış, istedadlı klarnet ifaçısı olan Savaş Zurnaçını dəvət etmişəm. O, öz ansamblı ilə toya daha da rəngarənglik qatacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31