Kriminal
Hərəkət qrafikinə görə sürücü yoldaşını qətlə yetirən şəxsə ağır cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İnsan alverində təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mağazadan içi pulla dolu seyf oğurlanıb
Bakının Nərimanov rayonunda mağazadan oğurluq edilib. “Olaylar”ın xəbərinə görə, sentyabrın 3-nə keçən gecə Bakı şəhər sakini Elşən Nəcəfova məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə içərisində 4000 manat pul olan seyf oğurlanıb.
3 rayonda narkotik əməliyyatı keçirilib
İsmayıllı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. “Olaylar” xəbər verir ki, İsmayıllı rayon polis şöbəsi tərəfindən Xanağah və Cülyan kəndi ərazilərindən yabanı halda bitmiş, ümumi çəkisi 2 ton 980 kiloqram olan 3400 çətənə kolu aşkar edilərək məhv edilib.
Avtomobilin vurduğu piyada hadisə yerində ölüb
Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə. sentyabrın 4-də saat 16 radələrində Səbail rayonunun Bayıl qəsəbəsində Bakı şəhər sakini Azər Miriyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmmədəmin Mikayılovu vurub. Piyada hadisə yerində ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.
Mağazanı qarət edən şəxs saxlanıb
Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də Bakı şəhər sakini İlham Papaxova məxsus mağazadan 629 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Bilal Səfərov tutulub. Araşdırma aparılır.
Xaçmaz sakinindən tapança götürülüb
Paytaxt polisi Xaçmaz rayon sakinində qanunsuz odli silah aşkarlayıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini Rahil Qəniyevdən “TT” tipli tapança, patron darağı və 3 ədəd patron götürülüb.
DİN 3 nəfərin ölümü ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. “Olaylar”ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 4-də saat 04 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakinləri Pircan Rzayev idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarında dayanan Əlikram Məlikova məxsus “KamAZ” markalı avtomobilə vurub. Nəticədə P.Rzayev və sərnişinlərindən oğlu Sahib, eləcə də həmyerlisi, Elşad Qəhrəmanov hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Elburus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Kollec direktoruna 5 il həbs verildi
Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev 160-a yaxın tələbədən rüşvət aldığı üçün həbs edilib.
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edildi
Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Çovdarov agenturanın da pulunu yeyib
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarova yeni maddə ilə ittiham irəli sürülüb.
Cavid Hüseynovun məhkəməsində vəkil vaxt istədi
Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı cinayət işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb.
Azərbaycan gömrükçüləri 41 mindən çox siqaret aşkar edib
Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları son günlərdə 4 fakt üzrə, aksiz markası ilə markalanmayan, ümumilikdə 41 200 ədəd siqaret aşkar edib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Prokurorluq: Pilot qadın və bətnindəki körpənin meyitlərinin daxili və xarici müayinəsi aparılıb
Bakı şəhər Prokurorluğu pilot qadının ölümü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.














