Bakıda bir milyon manatlıq dələduzluq

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Lent.az bildirir ki,  1982-ci il təvəllüdlü Şeydayev Cavad Məzahir oğlu Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək 2013-cü ildə Xəaqani küçəsi 21-in qarşısında 1975-ci il təvəllüdlü Quliyev Əziz Göyüş oğluna 919 min manat verdiyini və həmin şəxsin onu aldadaraq pulu mənimsədiyini bildirib.

Şikayətçi bildirib ki, Ə.Quliyev pulu ticarətlə məşğul olmaq adı ilə alıb.

Müraciət əsasında araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31