Kriminal

Cahangir Hacıyevin məhkəməsi təxirə salındı

7 Sentyabr 2016 11:49

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bacısını öldürməkdə təqsirləndirilən şəxs və onun oğlunun məhkəməsi keçirilib

6 Sentyabr 2016 18:32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahbaz Xalfəyev və İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

6 Sentyabr 2016 18:31

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən  Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Beynəlxalq Bankdan kredit götürən  televiziya təsisçisinin həbs müddəti artırılıb

6 Sentyabr 2016 16:20

S. Sadıqov “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 4 milyon 410 min manat kredit götürərək qaytarmamaqda ittiham edilir.

Avtomobildə əlvan metal aşkarlanıb

6 Sentyabr 2016 15:58

Sentyabrın 5-də Bakı-Quba yolundakı Yol Patrul Xidməti Alayının daimi postunda, Siyəzən rayon sakini Ariz Cəbraylovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. DİN-dən verilən məlumata görə, avtomobilə baxış zamanı oradan 80 kiloqram əlvan metal (mis) aşkar edilib. Sürücü avtomobillə birgə Siyəzən RPŞ-yə təhvil verilib.

İnək oğrusu saxlandı

6 Sentyabr 2016 15:56

 Bərdə rayonunda fermada oğurluq edilib. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də rayon sakini Səlim Kərimova məxsus fermadan 2 baş inək oğurlamaqda şübhəli bilinən həmyerlisi İlqar Əmrahov tutulub. Araşdırma aparılır. 

Keçmiş məhkum yenə də soyğunçuluq etdi

6 Sentyabr 2016 15:50

Sumqayıt şəhərində soyğunçuluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də şəhər sakini Elçin Ələkbərova məxsus 95 manat pulu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi Vüsal Süleymanlı tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Evdən oğurluq edən şəxslər

6 Sentyabr 2016 15:48

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Bakı şəhər sakini Gülpəri Məmmədovanın mənzilindən gümüş əşyalar və bijuteriya oğurlanıb. DİN-dən verilən məlumata görə, oğurluqda şübhəli bilinənlər - paytaxt sakinləri Ülvi Hacıyev və Samir Rəhimov tutulublar. Faktla bağlı araşdırma aparılır. 

"Dedi ki, İlhaməyə dərman verək, saxta vəsiyyətnaməyə qol çəksin..."

6 Sentyabr 2016 15:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Akif Çovdarovun cinayət işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib

6 Sentyabr 2016 14:52

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində olan cinayət işinin materialları məhkəmə icraatına verilib.

Qısqanc ər arvadını bıçaqladı

6 Sentyabr 2016 13:52

İsmayıllı rayonunda bıçaqlama hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, hadisə rayonun Sulut kəndində qeydə alınıb.

DİN-dən “qara bazar” açıqlaması: “Polisə xəbər verin”

6 Sentyabr 2016 12:36

Son günlər bankların dollar satışını dayandırması “qara bazar”da canlanmaya səbəb olub. Belə ki, dollara ehtiyacı olanlar banklardan pul ala bilmədikdə qeyri-leqal fəaliyyət göstərən dollar alverçilərinə üz tutmalı olurlar.

Bakıda bir milyon manatlıq dələduzluq

6 Sentyabr 2016 12:05

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Dəqiqələrə görə cana qıydı, 18 il aldı

5 Sentyabr 2016 18:21

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vidadi Zeynalovun məhkəməsi başlayır

5 Sentyabr 2016 17:55

Rabitə Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun cinayət işi üzrə istintaq başa çatıb.