Sumqayıtda qadının mənzilindən pul və silah oğurlanıb
Sumqayıt şəhərində mənzildən oğurluq olub.
7 Sentyabr 2016 11:59 KriminalSumqayıt şəhərində mənzildən oğurluq olub.
"Report" Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də şəhər sakini Bəstiqız Ağayevaya məxsus evdən 1500 manat pul və pnevmatik tüfəng oğurlamaqda şübhəli bilinən həmyerliləri Qardaşxan Ağayev və Süleyman Əhmədov tutulublar.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31