Qısqanc ər arvadını bıçaqladı
İsmayıllı rayonunda bıçaqlama hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, hadisə rayonun Sulut kəndində qeydə alınıb.
6 Sentyabr 2016 13:52 Kriminalİsmayıllı rayonunda bıçaqlama hadisəsi baş verib. "Olaylar" xəbər verir ki, hadisə rayonun Sulut kəndində qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Hacıyev Şamil Osman oğlu, arvadı 1974-cu il təvəllüdlü iki uşaq anası Hacıyeva Humay Əfraz qızına boğaz, ağız, qarın və sinə nahiyyəsindən 12 dəfə xəsarət yetirib. İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılan Humay Hacıyeva reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Məlumata görə, Bakıda işləyən qadın və həyat yoldaşının arasında qısqanclıq zəmnində dava baş verib. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirərək onu öldürmək istəyib. Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa cəlb olunub. Faktla bağlı İsmayıllı rayon prokurorluğu tərəfindən araşdırılma aparılır.