Kriminal
Bakıda intihar - 24 yaşlı qız özünü asdı
Bakıda intihar hadisəsi baş verib. Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Avtoqəzada bir nəfər ölüb, digəri yaralanıb
DİN-dən verilən məlumata görə, sentyabrın 2-də saat 01 radələrində Qobustan rayonunun Bədəlli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı divara vurub. Sürücü hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Avtomobilin vurduğu piyada hadisə yerində ölüb
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, sentyabrın 1-də saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Murad Əliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Fariz Həsənovu vurub. Piyada hadisə yerində ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Akumlyator oğrusunun cibindən heroin çıxdı
Sentyabrın 1-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Azər Feyzullayevə məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ramil Abdullayev tutulub. Ətrafında aparılan araşdırma zamanı ondan 1,260 qr heroin götürülüb.
Bakı sakininin 175 manat pulunu alanlar saxlanıb
Bakıda quldurluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Nəsrəddin Qasımovun 175 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinənlər - paytaxt sakinləri Orxan Qəhrəmanov və Elnur Səfərov tutulublar.
Aygün Bəylərin qardaşı apellyasiya şikayəti verib
Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
20 günün gəlini: "Ərim dedi ki, sən mənim..." - TƏFƏRRÜAT
Əlindəki tapançanı aldıq, bütün güllələr polisə atılmışdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
17 yaşlı gənc intihar etdi
Masallıda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Ərəb kəndində qeydə alınıb.
"Şahdağ" futbol klubu məhkəməyə verildi
Azərbaycanda fəaliyyət göstərən "OKİ" özəl klinikası "Şahdağ" Futbol Klubu MMC-ni məhkəməyə verib.
Türkiyədən Azərbaycana gələn sərnişindən “Beşbarmaq” aşkarlanıb
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşının baqajından “beşbarmaq” aşkar ediblər.
Rusiya məhkəməsi azərbaycanlı iş adamını 300 min manat cərimələdi
Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tümen vilayəti üzrə Regional idarəsinin mətbuat xidməti bildirib ki, Koqalım şəhər sakini, 42 yaşlı Nadir Hacıyev məhkəmənin qərarı ilə 12 milyon rubl (təxminən 300 min manat – virtualaz.org) cərimə olunub.
Ev oğruları ələ keçdilər
Avqustun 10-da Bakı şəhər sakini Ramazan Məmmədova məxsus evdən 250 manat pul oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər paytaxt sakini Ülfət Bədəlov və Qobustan rayon sakini Əlövsət Baxışov tutulublar. Faktla bağlı araşdırma aparılır.
Mobil telefon oğrusunun qolları qandallanıb
Bakının Səbail rayonunda aprel ayında baş vermiş oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Bakı şəhər sakini Mayıs Səmədova məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini Təbriz İsmayılov tutulub.
Əlbir olub mənzili qarət etdilər
Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, oğurluqda şübhəli bilinənlər paytaxt sakinləri Fərid Əhmədov və Nigar Ağayeva tutulublar. Faktla bağlı araşdırma aparılır.














