Kriminal

Mağazanı qarət edən şəxs ələ keçib

1 Sentyabr 2016 15:35

Bakıda mağazadan xeyli miqdarda pul aparan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də Bakı şəhər sakini Emin Hüseynova məxsus mağazadan 3.500 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Əlişan Salamov tutulub. Hazırda onun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Bakıda iki evdən 100 min manatlıq qızıl oğurlanıb

1 Sentyabr 2016 15:13

Bakıda mənzillərdən külli miqdarda qızıl və pul oğurlanıb.

Taleh Bağırov və digərlərinin məhkəməsi davam etdirilib

1 Sentyabr 2016 13:49

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sex rəisi bədbəxt hadisə nəticəsində ölüb

1 Sentyabr 2016 13:47

Rusiyanın şimal paytaxtı Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində azərbaycanlı işçi dünyasını dəyişib. “Olaylar” xarici mətbuata istinadən xəbər verir ki, hadisə avqustun 31-də qeydə alınıb.

Bakıda tanışını bıçaqlayan qadına hökm oxundu

1 Sentyabr 2016 13:30

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aygün Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məmuru qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı məhkəmədə son söz deyəcək

31 Avqust 2016 17:23

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

88 yaşlı piyadanın ölümünə səbəb olan sürücü həbs edilib

31 Avqust 2016 17:10

Tərtər rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulub.

Salyanda boru emalı sexi yanıb

31 Avqust 2016 17:06

Salyan rayonunda vətəndaşa məxsus boru emalı sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 90 kv.m olan boru emalı sexinin gözətçi köşkünün yanar konstruksiyaları 12 kv.m sahədə və əraziyə yığılmış məişət tullantıları 50 kv.m sahədə yanıb.

Zaqatalada narkotika əməliyyatı

31 Avqust 2016 16:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssəsinin ərazisində narkotik tərkibli bitkilər becərən Zaqatala rayon sakinləri həbs edilib. 

Oğruların digər cinayətləri də aşkar edilib

31 Avqust 2016 16:24

 Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon sakini Elçin Qasımova məxsus evdən pul və mobil telefon oğurlanıb.

Qadını döyərək pulunu alanlar saxlanıblar

31 Avqust 2016 16:22

Avqustun 29-da Lənkəran rayon sakinləri Cəmil Mirzəyev və Zəfər Qurbanov həmyerliləri Dilarə Mirzəyevanı döyərək pulunu alıblar.

Həyətində çətənə kolu, evində isə marixuana aşkar edildi

31 Avqust 2016 16:19

 DİN-dən verilən məlumata görə, Hacıqbul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Salavat Ələkbərovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilib.

Bakı sakinindən 465 qram heroin götürülüb

31 Avqust 2016 16:18

Bakı şəhər sakinində narkotik vasitə aşkar edilib.

Bizə atəş açılıb, müqavimət göstərilib

31 Avqust 2016 16:15

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə günün ikinci yarısında davam etdirilməli olan məhkəmə prosesi baş tutmayıb.