Bakıda tanışını bıçaqlayan qadına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aygün Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aygün Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Report bildirir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Quliyeva 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Bakı şəhərində baş verib. Paytaxt sakini, 1981-ci il təvəllüdlü A.Quliyeva tanışı ilə birlikdə kafede yeyib-içəndən sonra dava ediblər. Nəticədə A.Quliyeva bıçağa əl atıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra A.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31