Hərəkət qrafikinə görə sürücü yoldaşını qətlə yetirən şəxsə ağır cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il mart ayının 23-də Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı M.Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında ürəyindən bıçaqlayıb. Z.Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Sürücülər arasındakı münaqişəyə səbəb avtobusların hərəkət qrafikindəki interval gecikməsi olub. Hadisədən sonra M.Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31