Kriminal

Qoyun oğruları saxlanıb

19 Sentyabr 2016 16:00

Daşkəsəndə mal-qara oğruları saxlanıb. DİN-dən verilən məlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 11-də rayon sakinləri Etibar Alıyevə məxsus 2 baş qoyunu və Füzuli Məmmədova məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən Xoşbulaq kənd sakini Teymur Abbasov və Gəncə şəhər sakini Mehman Verdiyev tutulublar. Araşdırma zamanı onların hər ikisinin əvvəllər məhkum olunmaları müəyyən olunub. 

Hakim Cahangir Hacıyevin vəkilindən şikayət edəcək

19 Sentyabr 2016 15:44

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 21-ə təxirə salınıb.

“Başqa iş üçün banka getmişdim, adıma 550 min kredit götürdülər”

19 Sentyabr 2016 15:03

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

MTN-nin sabiq idarə rəisi Akif Çovdarovun məhkəməsi başlayır

19 Sentyabr 2016 14:44

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə prosesi sabah başlayacaq.

2 bacı, 1 qardaş mənzili qarət etdilər

19 Sentyabr 2016 12:46

Bakıda mənzildən xeyli miqdar pul və qızıl oğurlanıb. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

İsmayıllı sakinindən 41 kq narkotik götürülüb

19 Sentyabr 2016 12:45

İsmayıllıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mican kənd sakini Elnur Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram 400 qram olan 47 ədəd çətənə kolu, evinə baxış zamanı isə oradan 13 kiloqram 933 qram marixuana aşkar edilərək götürülüb. 

Bakıda "Dostluq" parkının ərazisinin satılmasında təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

16 Sentyabr 2016 18:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin dalqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İŞİD-in tərkibində döyüşmüş azərbaycanlılara hökm oxundu

16 Sentyabr 2016 18:14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilənTehran Musayev, Səbuhi Cəfərzadə və İsmayıl Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Dayısı arvadını öldürməkdə təqsirləndirilən qardaşların cəzası azaldıldı

16 Sentyabr 2016 17:22

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən üç qardaş - Əziz, Nahid və Cahid Qədəşovların barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Mənzil oğrusundan heroin götürülüb

16 Sentyabr 2016 16:52

Sentyabrın 15-də Yasamal rayonu ərazisində yaşayan Kamran Bağırovun evindən 4 ədəd mobil telefon və sənəd oğurlanıb.

Mənzilləri qarət edən şıxs saxlanıb

16 Sentyabr 2016 16:50

Paytaxtda mənzil oğurluğu ilə məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 9-dan mayın 5-dək olan müddətdə Bakı şəhər sakinləri P.Əliyevə, A.Nəsibova və Y.Rzayevə məxsus evlərdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Araz Hüseynov tutulub.

Bakı və Yevlax sakinlərindən tapança götürülüb

16 Sentyabr 2016 16:49

Bakı sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Aslan Məhərrəmovdan “Naqan” tipli tapança və 3 ədəd patron götürülüb. Həmçinin Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Razi Cəfərovdan “Naqan” tipli tapança və 8 ədəd patron götürülüb.

Qaradağda çinayətkar dəstə ifşa olunub

16 Sentyabr 2016 16:47

Qaradağ rayonunda oğurluqla məşğul olan dəstə zərəsizləşdirilib. DİN-dən verilən məlumata görə, sentyabrın 14-də Qaradağ rayonunun Lökbatan qəsəbəsidə yerləşən ticarət mərkəzindəki mağazalardan oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Bakı şəhər sakini Nofəl İbrahimov və Xırdalan şəhər sakini Kamranbəy Hüseynzadə Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il avqustun 8-də qeyd edilən ticarət mərkəzində daha iki mağazadan geyim əşyaları oğurlamaları da müəyyən edilib.

Qadının çantasını zorla almaq istədi

16 Sentyabr 2016 16:44

Bakıda soyğunçuluqla məşğul olan şəxs tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 15-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində naməlum şəxs qəsəbə sakini Şəlalə Xasıyevaya zor tətbiq edərək çantasını almağa cəhd göstərib. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elxan Nuriyev tutulub.