Kriminal
"MTN işi"nə görə saxlanılan məmurların məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifədən sui-istifadədə təqsirləndirilən "Bakı Telefon Rabitəsi" İB-nin Nizami rayon qovşağının rəisi Fətullah Hüseynov və həmin qovşağın baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Cahangir Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
DİN-in əməkdaşı: Üzərində qumbara var idi, bizə atəş açırdılar
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ukraynada daha bir azərbaycanlı iş adamı oğurlanıb
Ukraynada daha bir azərbaycanlı biznesmen naməlum şəxslər tərəfindən oğurlanıb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, oğurlanan şəxs Kiyevdə yaşayan 38 yaşlı İlqar adlı iş adamıdır.
Çovdarovun daha bir planı ifşa olundu
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ən odioz fiqurlarından olan Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun azadlığa çıxmaq üçün qurduğu planlardan daha biri ifşa olunub.
Şəmkirdə soyğunçu axtarılır
Sentyabrın 19-da Şəmkir şəhərində 2 naməlum şəxs şəhər sakini Təbriz Tağıyevə zor tətbiq edərək 300 manat pulunu, mobil telefonunu və qızıl üzüyünü almışdır. DİN-dən verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Bəxtiyar Cəlilov tutulmuş, digər şəxs isə müəyyən edilmişdir. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 19-na keçən gecə şəhər ərazisində Gədəbəy rayon sakini Samir Hüseynova zor tətbiq edərək pulunu və mobil telefonunu almaları da müəyyən edilmişdir. RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Ağcabədi sakinidən 18 kq marixuana götürülüb
Ağcabədi sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb. DİN-dən verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Pərioğullar kənd sakini İlqar Xankişiyevin həyətinə baxış keçiriblər. Baxış zamanı oradan 18 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.
Oğrular “iş başında” yaxalandılar
Sentyabrın 19-da paytaxtın Nizami rayonu ərazisində yerləşən mağazalardan birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. DİN-dən verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları oranın ön vitrin şüşəsini sındırımış paytaxt sakinləri Arif Verdiyevi, Emin Zahirovu və Gəncə şəhər sakini Bahadur Əhmədovu oğurluqda şübhəli şəxs qismində saxlayaraq 25-ci PB-yə təhvil vermişlər.
Əli İnsanov barəsindəki cinayət işinin protokolları ilə tanış olub
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İstintaq Təcridxanasında barəsində başlanmış cinayət işi üzrə protokollarla tanış olub. Bu barədə Trend-ə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.
Akif Çovdarov aclığı dayandırdı - PROKURORLUQLA SÖVDƏLƏŞMƏ
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov ötən aydan bəri davam edən aclıq aksiyasını dayandırıb.
Maştağada iki nəfər qızı evində ZORLADI
Dünən Bakının Sabunçu rayonunda iki nəfər tərəfindən törədilmiş zorlama hadisəsi qeydə alınıb.
Akif Çovdarov hakim qarşısında- jurnalistler məhkəməyə buraxılmır - FOTO
Avtomobil qaçıran ələ keçib
Sentyabrın 18-nə keçən gecə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Rizvan Fərəcova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmət və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Vüsal Mehdiyev tutulub. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Dələduzluq edən şəxsə 10 il cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə dələduzluqda təqsirləndirilərək həbs edilən Hidayət Atalıyevin cinayət işi üzə məhkəmə prosesi başa çatıb.
Keçmiş məhkum qadının boyunbağısını aparıb
Paytaxtda soyğunçu yaxalanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Bakı şəhər sakini Nina Abdullayevaya məxsus qızıl boyunbağını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini Namiq Bəkirov tutulub. Ətrafında aparılan araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.














