Narkotik alverçisi olan 20 yaşlı qıza hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
22 Sentyabr 2016 14:07 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 1995-ci il təvəllüdlü M.Hüseynova Gəncədən Bakıya gələrkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində baxış aparılarkən 3 kiloqramdan çox marixuana aşkarlanıb.
M.Hüseynova Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə ittiham olunub.