Kriminal

Paytaxtda qanlı hadisə

16 Sentyabr 2016 16:42

Bakıda bıçaqlanma hadisəsi baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Bakı şəhər sakini Elşən Əliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən Ucar rayon sakini Roman Əhmədov tutulub. Araşdırma aparılır.

Mağazadan 700 manatlıq paltar oğurlanlar saxlanıb

16 Sentyabr 2016 16:41

Sentyabrın 14-də Bakıda ticarət mərkəzindən oğurluq edilib. “Olaylar”ın məlumatına görə, həmin gün saat 17:30 radələrində, Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, “Binə” Ticarət Mərkəzində yerləşən, fiziki şəxs Nicat Əzimova məxsus mağazadan ümumi dəyəri 700 (yeddi yüz) manat məbləğində olan geyim əşyalarını oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri, 1973-cü il təvəllüdlü İbrahimov Nofəl Eldar oğlu və 1969-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynzadə Kamranbəy Novruz oğlunu saxlanılıb. Onlar sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ 10-cu PB-yə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.

Azərbaycanda saxta vizalar hazırlayan Pakistan vətəndaşları tutulub

16 Sentyabr 2016 14:36

Ötən ay Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 12 nəfər Pakistan İslam Res­pub­li­ka­sı və 2 nəfər İraq Respublikası vətəndaşları saxlanılıb.

“Mersedes” 3 piyadanı vurdu

16 Sentyabr 2016 13:48

Paytaxtın Nizami rayonunda ağır yol qəzası baş verib. Rayonun NZS qəsəbəsi Oktay Vəliyev küçəsində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 3 nəfəri vurub. Hadisədən sonra qəzanı törədən sürücü ərazidən uzaqlaşıb.Yaralılar əkiz qardaşlar Fuad və Fərid İsmayılzadə və 24 yaşlı Anar Bağırov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralılardan ikisi tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb, zərərçəkənlərin ifadələri alınıb.Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.

Akif Çovdarov gülləkeçirməz şüşə qəfəsə salınacaq

16 Sentyabr 2016 13:07

Həbsdəki generalın məhkəmə yerinin dəyişdirilməsinin şok səbəbləri Sentyabrın 20-də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. 

“Bakı Taxıl Terminalı”nın baş texnoloqunun qatillərinə hökm oxunub

16 Sentyabr 2016 13:01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

10 günün gəlini niyə ölüb

16 Sentyabr 2016 08:47

Qonşusunu öldürən şəxsin məhkəməsində şahid: "Qətlə səbəb göyərçin olub"

15 Sentyabr 2016 18:27

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Qüdrət Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Səidə Sultanın prodüserini öldürənin vəkili məhkəmədən vaxt istədi

15 Sentyabr 2016 17:53

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İş adamının qətlinə görə məhkum edilən dəstə üzvləri apellyasiya şikayəti veriblər

15 Sentyabr 2016 16:22

İş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərdən ibarət dəstə üzvləri barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

Bacısını öldürməkdə təqsirləndirilən şəxs və onun oğluna hökm oxunub

15 Sentyabr 2016 16:21

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahbaz Xəlfəyev və İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yevlaxda inşaat materialı oğurlayan şəxs yaxalanıb

15 Sentyabr 2016 15:42

Yevlaxda oğurluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Yevlax RPŞ və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon sakiin Tofiq Abdullayevə məxsus “Karvan İnşaat” MMC-nin anbarından 100 metr plastmas boru və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakini Hafiz Məmmədov tutulub. Daha 1 nəfər isə müəyyən edilib. 

Paytaxtda cibgir saxlanıb

15 Sentyabr 2016 15:41

Bakının Nizami rayonunda cibgirliklə məşğul olan şəxs ələ keçib. DİN-dən veriln məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Bakı şəhər sakini Famil Şükürovun cibindən 188 manat pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Mustafayev tutulub.

Paytaxtda sounçuluqla məşğul olan şəxs tutulub

15 Sentyabr 2016 15:12

Sentyabrın 14-də Masallı rayon sakini Vüqar Kazımov Nəsimi RPİ 21-ci PB-yə müraciət edərək həmin gün rayon ərazisində “Great Wall” markalı avtomobili idarə edərkən “Kia” markalı avtomobilin sürücüsünün onu saxlatmasını, avtomobilə oturub mobil telefonunu, eynəyini və 130 manat pulunu alıb getməsini bildirib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mürsəl Abbasov saxlanılıb.

“Azərenerji”nin kabelini oğurlayan saxlanıb

15 Sentyabr 2016 15:11

Qaradağda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Səngəçal qəsəbəsi ərazisində “Azərenerji” ASC-yə məxsus işıq dirəklərindən yeni çəkilmiş, lakin istifadəyə verilməmiş 1278 metr elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aftandil Balakişiyev tutulub.