Kriminal
66 yaşlı keçmiş məhkumdan marixuana götürülüb
Bakı şəhər sakinində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 66 yaşlı Səyavuş Məmmədovdan 6 kiloqram 135 qram marixuana götürülüb.
Avtomobildən 9 min dollar oğurlayan saxlandı
Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də Bakı şəhər sakini Rəfail Tağıyevə məxsus “Toyota” markalı avtomobildən 9000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Novruz Mirzəyev tutulub. Araşdırma aparılır.
Bir gündə Bakıda 2 bıçaqlama hadisəsi qeydə alınıb
Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, hadisə rayonun 7 mkr Abay Kunanbayev 18 ünvanında qeydə alınıb. Naməlum şəxs küçədə 28 yaşlı Vüqar Şöhrət oğlu Əliyevi bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Sinə nahiyyəsindən bıçaqlanan yaralı dərhal əməliyyat olunub. Hadisə barədə məlumat alan polis araşdırmalara başlayıb. Faktla əlaqədar Binəqədi rayon polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.
Bakıda 2 uşaq bədbəxt hadisənin qurbanı oldu
Bakı şəhərində 1 yaşlı uşaq faciəli şəkildə ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, sentyabrın 14-də Xəzər rayonunun Qala kəndində 1 yaşlı Zeynəb Quliyeva kanalizasiya quyusuna yıxılıb. Uşağın meyiti oradan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
Avtomobil qaçıran şəxsdən narkotik götürülüb
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 14-də saat 20 radələrində Bərdə şəhəri ərazisindən şəhər sakini İlqar Teymurova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fəzail Bəndəliyev tutulub. Ondan 13,8 qram marixuana götürülüb.
Rüfət Səfərov təcridxanada vəkili ilə görüşüb
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən, rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşüb.
"Dağ yəhudiləri" icması sədrinin evindən oğurluq edənlərə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində "Dağ yəhudiləri" dini icmasının keçmiş sədrinin evindən quldurluqla külli miqdarda pul əldə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda 10 yaşlı qızı 9-cu mərtəbədən yerə atdılar - VİDEO
Hakim Taleh Bağırova xəbərdarlıq etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Piyadanı vurub qaçan sürücü yaxalanıb
Sentyabrın 13-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zahir Əliyev vurulmuş və o, hadisə yerində ölmüşdür. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Fikrət Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobildə tutulub. Araşdırma aparılır.
Evi qarət edən qadın saxlanıb
Abşeronda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də rayon sakini Etibar Əhmədova məxsus evdən 162 manat pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən həmyerlisi Aynur Cəbrayılzadə tutulub.
Almaniya vətəndaşının evindən 6 min aparan tutulub
Bakıda Almaniya vətəndaşının evi qarət edilib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də Almaniya vətəndaşı Axel Güntel Gülbeztin evindən 6000 avro pul oğurlamaqda şübhəli biliən Gürcüstan vətəndaşı Xanım Məmmədova tutulub. Araşdırma aparılır.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Sentyabrın 14-də saat 01 radələrində Sabunçu rayonunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurmuşdur. DİN-dən verilən məlumata görə, nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Azərbaycan daha bir şəxsi beynəlxalq axtarışa verib
Azərbaycan dövləti daha bir şəxsi "İnterpol" xətti ilə beynəlxaq axtarışa verib.














