Kriminal
Hakimiyyət nümayəndəsinə zor tətbiq edən şəxslərin apellyasiya şikayətinə baxılacaq
Bakı Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə başlayır.
Xalidə İsgəndərova 18 il azadlıqdan məhrum edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
"Nardaran işi" üzrə şahid: "Zərərsizləşdirdiyim şəxsin əlində qumbara və beşbarmaq vardı"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıda məşum sevgi cinayətinin izi ilə- DƏHŞƏTLİ TƏFƏRRÜATLAR
Sevgilisi ilə birləşərək ərini qətlə yetirən, onun meyitini doğrayaraq hissələrə parçalayan, cəsədi paytaxtdan İsmayıllıya apararaq oradakı meşəlikdə basdıran cütlüyün – Sədi Məmmədovun və Lalə Mahmudovanın cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
Salyanda 23 yaşlı gəncin yolun ortasında can verdiyi ANLAR - VIDEO
Bakıdakı mənzillər yaran Gürcüstan vətəndaşı məhkəmə qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçı evinə məktub yazdı
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları 2014-cü ilin dekabr ayında Ağdam rayonunda saxlanılmış erməni hərbçiyə baş çəkiblər.
Həmyerlisini bıçaqlayan saxlandı
Qaradağ rayonunda bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də Bakı şəhər sakini Məhərrəm Babayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən həmyerlisi Ruslan Cəbrayılov tutulub. Araşdırma aparılır.
Evdən qızıl aparanların qolları qandallandı
Sabunçu rayonunda evdən qızıl aparanların kimliyi bəlli olub. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 3-də Bakı şəhər sakini Azər Osmanova məxsus evdən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerliləri Vüqar Tapdıqzadə və Orxan Həmidov tutulublar. Araşdırma aparılır.
Oğrular 7 aydan sonra ələ keçdilər
Ağdamda fevralın 29-da baş vermiş oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində car i il fevralın 29-da rayon sakini Dilbər Əliyevaya məxsus evdən 1800 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri Əhməd Əhmədzadə və Bəxtiyar Hüseynov tutulublar.
Rusiyada əxlaqsızlıq edən azərbaycanlı kişi tutuldu
Rusiyanın Krasnoyarsk əyalətinin hüquq-mühafizə orqanlarının mətbuat xidməti fahişəliklə məşğul olan kişinin saxlanılması faktını rəsmi olaraq təsdiqləyib.
Bakıda 6 otaqlı ev yanıb
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. “OLAYLAR” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin hamam otağında 1 ədəd paltaryuyan, plastik materialdan ibarət vanna və lambirdən ibarət tavan 5 m² sahədə yanıb. Evin digər hissələri yanğından mühafizə olunub. Yanğın saat 05:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hakim Taleh Bağırovun tərəfdarlarına səsləndi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Rüfət Səfərov məhkəmə zalında həbs olunub
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
Qaxda oğurluqla məşğul olan şəxslər ələ keçib
Qaxda oğurluqla məşğul olan şəxslər ifşa edilib. DİN-dən verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon sakini Soso Kikişvilinin həyətindən 150 kiloqram fındıq və spirtli içki oğurlamaqda şübhəli bilinən həmyerliləri Arçil Emraşvili və Tengiz Poladaşvili tutulublar. Araşdırma aparılır.














