Səidə Sultanın prodüserini öldürənin vəkili məhkəmədən vaxt istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
15 Sentyabr 2016 17:53 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Report xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev vəsatətlərlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə onun vəsatətini təmin edib. Poses sentyabrın 27-də davam edəcək.
Xatırladaq ki, qətl hadisəsi Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü H.Cahangirov çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi və Yasamal Rayon Prokurorluğu əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Mirzəyev həbs edilib.
Qeyd edək ki, qətlə yetirilən Hamlet Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.