Kriminal

Vəkillər Akif Çovdarovun barəsində həbs qərarının dəyişdirilməsi barədə vəsatət qaldırıblar

4 Oktyabr 2016 18:01

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İlhamə Quliyevanın köməkçisinin məhkəməsinə şahidlər gəlmədi

4 Oktyabr 2016 17:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisiMehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Soyğunçuluqla məşğul olan dəstə zərərsizləşdirilib

4 Oktyabr 2016 17:02

Kəpəz rayonunda soyğunçuluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də R.Allahverdiyevə, T.Abdullayevə və Ə.Kişiyevə məxsus 60 manat pulu və mobil telefonu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Azər Əliyev, İlqar Əliyev və Yusif Həsənov tutulublar. 

Avtomobil qaçıran şəxs tutulub

4 Oktyabr 2016 17:00

Paytaxt Bakıda avtomobil qaşırılıb. DİN-dən verilən məlumata görə, sentyabrın 29-da bakı şəhər sakini Sahib Hacıyevin idarə etdiyi “QAZ-24” markalı avtomobil qaçırılıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Bakı şəhər sakini Ramil Mustafayev oktyabrın 2-də həmin nəqliyyat vasitəsini idarə edərkən saxlanılıb.

Akif Çovdarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilir

4 Oktyabr 2016 15:26

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdirinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

4 Oktyabr 2016 13:35

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib.

Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmişlərin və şahidlərin adı məlum olub

4 Oktyabr 2016 11:23

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmişlərin və şahidlərin adları məlum olub.

Cahangir Hacıyevin məhkəməsində vəkillər çıxış edib

3 Oktyabr 2016 18:44

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Zərərsizləşdirilən şəxsin üzərindən qumbara və beşbarmaq çıxdı

3 Oktyabr 2016 18:24

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

Qazada qoyun oğrusu tutulub

3 Oktyabr 2016 15:58

Qazaq rayonunda qoyun oğrusu saxlanıb. DİN-dən verilən məlumata görə, Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də rayon sakinləri Sevda Kazımovaya, İlqar Qarayevə və Eminə Kazımovaya məxsus həyətyanı sahədən 40 baş qoyun oğurlamış həmyerliləri Yaqub Kazımov tutulub. Araşdırma aparılır. 

Keçmiş məhkum qonşusunun 8 kisə noxudunu oğurladı

3 Oktyabr 2016 15:57

Cəlilabdda qeyri-adi oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da Mehman Məlikova məxsus həyətyanı sahədən 8 kisə (400 kq) noxud oğurlamaqda şübhəli bilinən rayon sakinləri Şamxal Səfərov və qardaşı, əvvəllər məhkum olunmuş Fikrət tutulub.

“Cahan Holding” MMC-yə məxsus seyf oğurlanıb

3 Oktyabr 2016 15:56

Gəncə şəhərində “Cahan Holding” MMC-yə məxsus seyf oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Xəzər RPİ, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da “Cahan Holding” MMC-nin Gəncə şəhər filialından quldurluq yolu ilə içərisində 61250 manat və 6000 ABŞ dolları olan seyfi aparmış Gəncə şəhər sakini Asif Əliyev və Bakı şəhər sakini Vasif Əliyev tutulub. Araşdırma aparılır. 

Zabratda ağacın dibinə basdırılmış 2 tapança aşkar edilib

3 Oktyabr 2016 15:22

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,  02.10.2016-cı il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayon 2-ci Zabrat qəsəbəsində fərdi yaşayış evinin daş hasarının çöl tərəfindəki ağacın dibində basdırılmış 1 ədəd “Super-PP 2/94” və 1 ədəd “MP-654K” tipli 4,5 kalibrli tapança aşkar edilərək götürülmüşdür.

Vəkil məhkəmədə Cahangir Hacıyevə bəraət istəyib

3 Oktyabr 2016 15:04

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.