Kriminal

“Nardaran işi” üzrə məhkəmə prosesi davam etdirilib

3 Oktyabr 2016 13:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Rüfət Səfərovun saxlanıldığı kamerada problem aradan qaldırıldı

3 Oktyabr 2016 11:29

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, sabiq müstəntiq Rüfət Səfərovun saxlanıldığı kameradakı problem aradan qaldırılıb.

Baş prokurordan MTN açıqlaması

1 Oktyabr 2016 11:06

Rusiyada məhkum olunmuş “Siqan” ləqəbli azərbaycanlının məhkəməsi davam etdirilib

30 Sentyabr 2016 17:34

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədovun məhkəmə prosesi davam etdirilib.  

Keçmiş məhkum maşından oğurluq edib

30 Sentyabr 2016 16:13

Bakı şəhərində oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Bakı şəhər sakini Səbuhi Nəsibova məxsus “Toyota” markalı avtomobildən sənəd və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Yavər Əliyev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu aşkar edilib. 

3986 ədəd çətənə kolu məhv edilin

30 Sentyabr 2016 16:12

Qax rayonunda xeyli sayda narkotik vasitə məhv edilib. DİN-dən verilən məlumata görə, Qax RPŞ əməkdaşları tərəfindən Lələli kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 2 ton 670 kiloqram olan 3986 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Nardaran sakininin həyətində silah-sursat aşkar edilib aşkar edilib

30 Sentyabr 2016 16:11

 Nardaran sakininin həyətində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarəziyevin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı orada gizlədilmiş “AK-74” markalı silah, 2 ədəd patron darağı və 90 ədəd patron aşkar edilərək götürülüb.

Narkotik vasitəni kirayə qaldığı evdə gizlədib

30 Sentyabr 2016 16:10

Cəllabad şəhər sakinindən narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış keçirilib. Baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb. Nardaran sakininin həyətində silah-sursat açkar edilib.

Yük maşınıda heroin aşkar edilib

30 Sentyabr 2016 16:07

 Abşeron polisi yük maşınında narkotik vasitə aşkar edib. DİN-dən verilən məəlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisində Gəncə şəhər sakini Mürsəl Rüstəmzadənin idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılmış və yük yerinə baxış keçirib. Baxış zamanı oradan 1 kiloqram 40 qram heroin aşkar edilərək götürülüb. M.Rüstəmzadə və sərnişini, həmyerlisi Elmir Sultanov tutulub.

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi təxirə salınıb

30 Sentyabr 2016 15:29

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə bu gün davam etdirilməli olan proses təxirə salınıb.

Müğənni Manaf Ağayev Akif Çovdarovun işində adı keçən şəxsin məhkəməsində ifadə verəcək

30 Sentyabr 2016 13:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Şərti azadlığa buraxılan şəxs prokurorun şikayəti əsasında yenidən həbs edilib

30 Sentyabr 2016 10:51

Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıq və qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən İbrahim Şükürov barəsində olan məhkəmə qərarından prokurorun verdiyi apellyasiya protestinə baxılıb.

Keçmiş polis rəisinin arvadının məhkəməsində ara qarışdı

29 Sentyabr 2016 18:31

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Səhmdar Cəmiyyətdən pul oğurlayan ələ keçdi

29 Sentyabr 2016 16:29

Nərimanov rayonunda oğurluğun üstü iki aydan sonra açılıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 18-də “Bakı Elektrik Tökmə” ASC-nin inzibati binasından 1804 manat pul, 72.100 manat dəyərində alüminium metal hissələri və müşahidə kameralarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Ağdam rayon sakini Mais İbadov şübhəli şəxs qismində tutulub.