Kriminal
Sumqayıt sakinindən 2 kq marixuana götürülüb
Sumqayıt sakinindən xeyli miqdarda narkotik vasitə gətürülüb. DİN-dən verilən məlumata görə, ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kimyaçılar qəsəbə sakini İlqar Baxşıyevdən 2 kiloqram 60 qram marixuana götürülüb. Ətrafında aparılan əməmliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyn edilib.
Oğurluqla məşğul olan 2 şəxs saxlanıb
DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də şəhər sakini Şamil Məhərrəmova məxsus evdən 1000 manat pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Cavid Paşayev tutulub. Həmçinin Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də rayon sakini Tələt Ağaəhmədova məxsus mağazadan 200 manat pul oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Heydər Muradov tutulub. Hər iki faktla bağlı araşdırma aparılır.
Mağazanı qarət edən şəxs yaxalanıb
Abşeron rayonunda baş vermiş oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 20-də rayon sakini Fikrət İsmayılova məxsus mağazadan 690 manat pul və 4 ədəd müşahidə kamerası, habelə orada quraşdırılmış “E-manat” ödəmə aparatından 512 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Əflatun Bəhramov tutulub. Araşdırma aparılır.
Polis Nardaranda əməliyyat keçirdi
Nardaran qəsəbəsində daha bir əməliyyat keçirilib. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 42-ci Polis bölməsi və Daxili Qoşunlar Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Ağasalam Ağarzayevin evinə baxış zamanı oradan “F-1” qumbarası aşkar edilərək götürülüb.
"Nardaran işi": Şahidi təhqir edən təqsirləndirilən şəxs zaldan çıxarılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror azərbaycanlı İŞİD-çiyə 14 il həbs cəzası istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb
Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Gömrük Komitəsindən verilən məlumata görə, həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 16.000 ədəd “Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.
Nərdivandan yıxılıb öldü
İsmayıllı şəhərində bədbəxt hadisə baş verib.DİN-dən verilən məlumata görə, İsmayıllı şəhər sakini Mehdi Mehdiyev Tircan kəndindəki evlərdən birində təmir işləri apararkən nərdivandan yıxılaraq ölüb. Araşdırma aparılır.
Ev sahibi qonağı bıçaqladı
Daşkəsən rayonunda bıçaqlama hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, sentyabrın 27-də Daşkəsən rayonunun Əmirvar kəndində yaşayan Ərəstun Zeynalovun evində həmkəndlisi İsmixan Bayramov bıçaqla xəsarət yetirib. Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bayramov tutulub. İlkin məlumata görə, hadisə münaqişə zəminidə baş verib.
Gəncədə soyğunçular ələ keçib
Gəncədə soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 13-də Gəncə şəhər sakini Fəxri Qocayevin 200 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerliləri Kazbek Bulekbayev və İkram Bayramov tutulublar. Araşdırma aparılır.
Qadının pul kisəsini oğurlayan yaxalanıb
Bakıda oğurluq faktının üstü aşılıb. DİN-dən verilən məlumata görə, sentyabrın 23-də Səbail rayonu ərazisindəki restoranlardan birində Bakı şəhər sakini Arzum Cəfərovaya məxsus içərisində 130 manat və 212 ABŞ dolları, habelə sənəd olan pul kisəsi oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Elgün Asifli saxlanıb. Araşdırma aparılır.
Güclü təsiredici maddə satan xanım tutuldu
Maştağa qəsəbəsində apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb. Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd “Pregabalin” kapsulasını satarkən saxlanılıb.
Xanım satıcı aptekdə güclü təsiredici maddə satarkən saxlanıldı
Maştağa qəsəbəsində apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb.
Ukraynada azərbaycanlı tələbənin qətlinin bəzi təfərrüatları məlum olub
Azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin Krımın Simferopol şəhərində öldürülməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.
İnsan alverində təqsirləndirilən qadınların məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sədaqət Amayeva və Gülnarə Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.














