Kriminal
Müğənni Səidə Sultanın prodüserini qətlə yetirən şəxsdən xəbər var
Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Şəki sakinindən 3 kq marixuana götürülüb
Şəki rayon sakinində narkotik vasitə aşkar edilib.DİN-dən verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayon sakini Sənan Səfərəliyevdən 2 kiloqram 975 qram marixuana götürülüb.
Şahidlər QMİ-nin sabiq əməkdaşının məhkəməsinə gəlməyiblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror Cahangir Hacıyevə 17 il həbs cəzası istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Şakro"nun klanından olan "vor" Taleh Dağlıyev narkotiklə tutuldu - VİDEO
Dünən, sentyabrın 26-da Moskvadakı "Naş dvor" restoranında "Tolik Noqinski" ləqəbli azərbaycanlı "vor zakon" Taleh Dağlıyev həbs olunub.
Tovuzda başı kəsilmiş qadının DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO (16+)
Kürəkəninə bıçaqla xəsarət yetirdi
Sentyabrın 25-də Tovuz rayonunun Qovlar şəhərində yaşayan Zaur Cəfərov evində ailə-məişət münaqişəsi zəminində kürəkəni Ruslan İsmayılova bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə,Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərov tutulub. Araşdırma aparılır.
Beyləqan sakinindən 8 kq marixuana götürülüb
Beyləqan sakininin həyətyanı sahəsindən xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən İmanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu və 8 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.
Akif Çovdarov: "Öləcəyimi gözəl bilirəm"
"Kütləvi informasiya vasitələrində səhhətimlə bağlı verdiyiniz müsahibə dərc olunub. Müsahibənizdə səhhətimin normal olduğunu və hər həftə həkim-kardioloq tərfindən müayinə olunduğumu göstərmisiniz. Həmin yalan dolu müsahibəni hansı məqsədlə və kimlərin sifarişi ilə verdiyinizi yaxşı bilirəm".
Qadınlar bir-birini bıçaqlayıblar
Salyanda qadın qadını bıçaqlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən verilən məlumata görə, hadisə sentyabr ayının 25-də Salyan rayonunun Xocalı kəndində törədilib. Hadisə nəticəsində kənd sakini Aygün Həsənova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Samira Əliyeva tutulmuşdur.Hadisənin səbəbləri araşdırılır.
Qazaxda məktəbli öldürülüb, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə tutulub
Qazaxda 16 yaşlı oğlan qətlə yetirilib.
3,4 milyon dolları ələ keçirməkdə təqsirləndirilən şəxs: "Günahım yoxdur"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Tural Qasımov və Gəray Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakıda 9 yaşlı qıza göz dikən manyaka hökm oxundu
Bu gün 9 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlərdə təqsirləndirilən 1973-cü il təvəllüdlü Əhliman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
Bakıda qadın hündürmərtəbəli binadan yıxılaraq ölüb. Daxili İşlər Nazirliyi xəbər verir ki, hadisə sentyabrın 22-də Yasamal rayonu ərazisində baş verib. Sözügedən ərazidə yaşayan Nurlanə Qarayeva evlərinin eyvanından (9-cu mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.














