İlhamə Quliyevanın köməkçisinin məhkəməsinə şahidlər gəlmədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisiMehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
4 Oktyabr 2016 17:42 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisiMehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər məhkəməyə gəlməyib.
Prosesdə şahid Zəminə Məhərrəmovanın istintaqa verdiyi ifadə elan edilib.
Məhkəmə M.Hüseynovaya ifadə vermək təklif etsə də, M.Hüseynovanın vəkilləri əlavə şahidlərin dindirilməsini istəyib.
Hakim bildirib ki, vəkillər bunun üçün əlavə vəsatət verməlidirlər.
Proses oktyabrın 11-ə təyin edilib.
Qeyd edək ki, mərhum İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay uzadılıb.