Kriminal
Aksiz markası ilə markalanmayan 63 min siqaret aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan xeyli miqdarda siqaret aşkar ediblər.
Taleh Bağırov tərəfdarlarının və vəkillərinin məhkəməni pozmaq cəhdləri davam edir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Tütün istehsalçılarına pul veriləcək
Prezident İlham Əliyev Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında sərəncam imzalayıb.
Səfir: "Ukraynada 25 Azərbaycan vətəndaşının oğurlanması barədə məlumatlar əsassızdır"
“Son vaxtlar kütləvi informasiya vasitələrində Ukraynada 25 Azərbaycan vətəndaşının oğurlanması barədə yayılan məlumatlar əsassızdır”.
Bakıda mənzildən 11 min manatlıq qızıl və 5 700 dollar oğurlandı
Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Report bildirir ki, Şərifzadə küçüəsi ev 196 ünvanında yaşayan 1979-cu il təvəllüdüEmin Abdullayev evdə olmadığı muddətdə oradan oğurluq edilib.
Evdən 5 min manatlıq qızıl aparanlar saxlanıb
Gənxədə oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 1-də rayon sakini Vüqar Quliyevə məxsus evdən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib. Belə ki, Gəncə şəhər sakini Vasif Niyazlı tutulub, daha bir nəfər isə müəyyən edilib.
Kollecdən 34 noutbuk aparan tutulub
Bakı İdarəetmə və Texnologiya Kollecində oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlanıb. Oğurluqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev tutulub.
Qadının pul kisəsini aparanın qolları qandallanıb
Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də Bakı şəhər sakini Leyla Bədəlovanın içərisində pul və sənəd olan pul kisəsini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Zaur İsgəndərov tutulub.
Biləsuvarda qoyun oğrusu tutulub
Biləsuvar rayonunda qoyun oğurluğu ilə məşğul olan şəxs ələ jeçib. DİN-dən verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da rayon sakini Ceyhun Şahbazova məxsus 11 baş qoyunu oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – həmyerlisi Əlisa Mirzəyev tutulub.
Abşeronda cibgir saxlanıb
Abşeron rayonunda baş vermiş oğurluğun üstü 7 aydan sonra açılıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 6-da rayon sakini İlham Məmmədovun cibindən 3500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Yaşar Kərimov tutulub. Araşdırma aparılır.
Prokuror: “Cahangir Hacıyevin ailə üzvləri xarici ölkələrdə limitsiz kartlardan istifadə ediblər”
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qaradağda 400 kv.metrlik anbar yanıb
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 m2 (hər mərtəbəsi 200 m2 ) olan ikimərtəbəli elektrik-qaz cihazları anbarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə dam örtüyünün yanar konstruksiyaları və içərisində olan elektrik-qaz cihazları yanıb. Yaxınlıqdakı anbarlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
DİN: “Mağaza sahibini ruhi xəstə öldürüb”
Daxili İşlər Nazirliyi Bakıda mağaza sahibinin güllələnməsi faktı ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun odlu silahdan qətlə yetirilmiş meyiti qəsəbə ərazisindəki mağazalardan birində tapılıb. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə Rauf Cəbrayılov tutulub.Ondan hadisə törədilərkən istifadə edilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb. Faktla bağlı araşdırma aparılır.
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.














