Kriminal
Xədicə İsmayılın apelyasiya şikayəti rədd edildi
Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə jurnalist Xədicə İsmayılovanın barəsində qanunsuz sahibkarlıqla əlaqədar maddənin ləğv olunması ilə bağlı verdiyi şikayətə baxılıb.
Gülağa Tənha Çovdarovun işində zərərçəkən şəxsə 19,5 milyon dollar verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Şahid: "Zərərsizləşdirdiyim şəxsin üzərindən qumbara çıxdı"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"İsmayıllıya gedib parçalanmış cəsədi çıxartdıq"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə ərini güllələyib sonra doğrayaraq basdıran Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
17 yaşlı yeniyetmə atasını niyə öldürüb? - ŞOK SƏBƏB
Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Bakı məhkəməsi “Tsıqan” ləqəbli kriminal avtoriteti 20 il müdətinə azadlıqdan məhrum edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib.
Maşınlara qənim kəsilən şəxslər saxlanıb
Qonşusunun evindən 5700 manatlıq qızıl apardı
Yardımlı rayonunda oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Yardımlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 25-də rayon sakini Nizami Əlişova məxsus evdən 5.700 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Mirqasım Qədirov tutulub.
Evdən gümüş əşyallar aparan şəxs tutulub
Oktyabrın 1-nə keçən gecə Bakı şəhər sakini Miyad Abıyevin evindən qapının qıfılını sındırmaq yolu ilə 650 manat dəyərində gümüş əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Ramil Mütəllimov tutulub.
Saxlanılan şəxsin digər əməlləri də ifşa olundu
Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də Bakı şəhər sakini Azad Məhərrəmovu aldadaraq 300 manat pulunu almaqda şübhəli bilinən həmyerlisi Əqil Həsənov tutulub. DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 15-də paytaxt sakini İsmayıl Şükürovu aldadıb 400 manat pulunu alması da müəyyən edilib.
Oğrular “iş başında” yaxalandılar
Oktyabrın 5-də saat 06 radələrində Yasamal rayonu ərazisində yerləşən Bakı şəhər sakini Elşən İsmayılova məxsus gözəllik salonundan Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. DİN-dən verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Yevlax rayon sakinləri Şahmurad Xudaverdiyev və Ruslan Əmiraslanov saxlanılaraq 27-ci PB-yə təhvil veriblər.
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Telman Xudaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Soyqunçuluqla məşğul olan “polislər” tutuldu
Oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfayel Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib. Avtomobil sahibinə qaytarılıb.Araşdırmalar zamanı cari il sentyabrın 14-də H.Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H.Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Şəki ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Külli miqdarda rus rublu aşkar edilib
Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiya Federesiyasına səyahət edən Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib. DGK-dan verilən məlumata görə, yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əskinaslar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.
PKK-nın partlatmaq istədiyi obyektlər arasında Azərbaycan şirkəti də var
PKK terror təşkilatının SOCAR-ın Türkiyədəki müəssisəsində partlayış törətmək planının olduğu üzə çıxıb. APA bildirir ki, belə bir planın olduğu İzmir polisinin həyata keçirdiyi əməliyyat zamanı yaxalanan terrorçunun ifadəsi zamanı ortaya çıxıb.














