Kriminal
“Nardaran işi”ndə bir qrup şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan şəxslərdən 12 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İnterpol xətti ilə axtarışa verilmiş Çin vətəndaşı saxlanılıb
Bakıda Avstriya huquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Çin vətəndaşı saxlanılıb.
AzTV-nin aparıcısının mənzili qarət edilib
Oktyabrın 9-da axşam saatlarında jurnalist Aydın Piriyevin Yasamal rayonunda yerləşən mənzili qarət edilib. Məlumata görə, zərərçəkən AzTV-nin əməkdaşıdır. Onun sözlərinə görə, oğru və ya oğrular onun mənzilinə pəncərəni sındırıraq daxil olublar. Mənzildən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlanıb. A.Piriyev faktla bağlı Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, A.Piriyev AzTV-də “Parlaq Zəka” verilişinin aparıcısı və layihə rəhbəridir.
Qadının bank hesabından pul oğurladı
Şəkidə qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də rayon sakini Sumayə Həmidovanın bank hesabından 137 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Təbriz Məcidov tutulub.
Bakıda quldurluqla məşğul olan şəxs saxlanıb
Bakıda quldurluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Bakı şəhər sakini Anatoliy Zeynalovun 3800 manat və 1000 ABŞ dolları pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakini Heydər Zeynalov tutulub. Araşdırma aparılır.
Bakıda maşın oğrusu saxlanıb
Oktyabrın 9-da paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Knyaz Çobanova məxsus “VAZ-21013” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini Elşad Mirzəyev saxlanılıb. A/raşdırma aparılır.
Nizami rayonunda bıçaqlama hadisəsi baş verib
Oktyabrın 9-da paytaxtın Nizami rayonunda bıçaqlama hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, rayon ərazisində Bakı şəhər sakini Zaur Ələsgərov münaqişə zəminində paytaxt sakini Fəttah Allahverdiyevə bıçaqla xəsarət yetirib. Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Ələsgərov tutulub.
Sabunçuda ev yanıb
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 10:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ərzaq məhsullarının arasından güclü təsir edən maddə çıxdı
Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun əl yükünə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus qarışıq ərzaq məhsulları olan əl yükünün içərisində, gömrük nəzarətinə bəyan olunmamış iki ədəd plastik flakonda, cəmi 554 həb “Tramadol” adlı dərman preparatı aşkar edilib.
Cahangir Hacıyev məhkəmədə son söz deyib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Həmyerlisinin 3700 dollarlıq qızıl-zinət əşyalarını mənimsədi
Dələduzluqla üzləşən Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Elnur Ağayev redaksiyamıza müraciət ünvanlayıb. E.Ağayev bildirib ki, “Moskva” Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Zaur Məmmədov onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb:
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
“Nardaran işi”ndə bir qrup şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər şəxslərin barələrində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakıda əxlaqsızlıq yuvasında çəkiliş: "Mən xalqıma xidmət edirəm" -VİDEO
Mərdəkanda Tahir Cəfərova məxsus əxlaqsızlıq yuvası aşkar edildi.
Kütləni qızışdıran “Ağaəli” adlı şəxs idi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.














