Kriminal

Qarabağda daha bir terrorçu bayrağı

12 Oktyabr 2016 14:21

Ermənilər işğal altında saxladıqları Qarabağ ərazisində təxribatlara davam edirlər.

Dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxılıblar

12 Oktyabr 2016 12:35

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Vasif Çərkəzov və 1987-ci il təvəllüdlü Vüqar Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayıtda qardaş bacısını amansızlıqla öldürüb

12 Oktyabr 2016 11:51

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə oktyabrın 11-də səhər saat 07 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb. Sözügedən massivdə yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. P.Şahbazovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cavid Hüseynovdan XƏBƏR VAR

12 Oktyabr 2016 11:20

Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Əli İnsanov barəsində yeni həbs qətimkan tədbiri seçilib

11 Oktyabr 2016 19:01

Sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni həbs qətimkan tədbiri seçilib. APA-nın məlumatına görə, Qaradağ rayon Məhkəməsinin qərarı ilə Ə. İnsanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu onun barəsində başlanılan cinayət işi ilə bağlıdır.

Rusiyada cinayət törədən azərbaycanlının məhkəməsi başlayıb

11 Oktyabr 2016 17:13

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya Federasiyasında hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirləndirilərək həbs edilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi barədə müraciəti ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

16 baş inək oğurlayanlar saxlanıb

11 Oktyabr 2016 17:02

Cari ilin sentyabr ayından oktyabrın 7-dək olan müddətdə Lənkəran rayon sakinləri Əlisa Əliyevə, Nargilə Rüstəmovaya, Şahin Şükürova, Zaur Nəcəfova, İlyas Məmmədova və Yaqub Axundova məxsus ümumilikdə 16 baş inəyi oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakinləri Anar Qarabalayev və Rövşən Atakişiyev tutulmuşlar. Onların Balıqçılar qəsəbə sakini Əli Əsədullayevə məxsus 1 baş inəyi oğurlamaları da müəyyən edilmişdir. 

Keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürdü

11 Oktyabr 2016 17:00

Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Lalə Muxtarovanın evinə gəlmiş keçmiş əri, Ağdam rayon sakini Sadiq Muxtarov münaqişə zəminində ona küt alətlə başından, özünə isə bıçaqla sinə nahiyəsindən xəsarət yetirmişdir. DİN-dən verilən məlumata görə, L.Muxtarova hadisə yerində ölmüşdür. S.Muxtarova xəstəxanada tibbi yardım göstərildikdən sonra polisə gətirilmişdir. Araşdırma aparılır.

Abşeronda 61000 manatlıq mal oğurlayan qadın tutuldu

11 Oktyabr 2016 16:59

Abşeron rayon sakini Elməddin Bayramov Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edərək həyətindəki anbardan 61000 manat dəyərində geyim əşyalarının Gültəkin Ələkbərova tərəfindən oğurlanmasını bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsindəki ticarət mərkəzində E.Bayramova məxsus oğurlanmış geyim əşyalarını satmaqda şübhəli bilinən Bakı şəhər sakini G.Ələkbərova saxlanılaraq 10-cu PB-yə təhvil verilib. G.Ələkbərova toplanmış materialla birgə aidiyyatı üzrə Abşeron RPİ-yə təhvil verilib.

“Hardasan əə, 3 gündür qaçıb gizlənirsən? Bakıda at oynadırsan”

11 Oktyabr 2016 15:44

Xəbər verdiyimiz kimi MTN generalı Akif Çovdarovun  barəsində aparılmı istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb. 

Xətaidə yanan bina ilə bağlı şirkət əməkdaşları məhkəmədə dindirildilər

11 Oktyabr 2016 15:12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Maşallah Əhmədov məhkəmədə jurnalistlərin iştirakına etiraz etdi

11 Oktyabr 2016 12:40

Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Polis rəisindən dələduzluq yolu ilə 200 min manat alan qadının şikayətinə baxılır

11 Oktyabr 2016 11:31

Bakı Apellyasiya Məhkəməsində sabiq polis rəisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aygün Babaşovanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Taleh Bağırov tərəfdarlarını internet üzərindən və türmələrdən yığıb- Məhkəmədə yeni faktlar aşkarlanır

10 Oktyabr 2016 18:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Rabitə Nazirliyinin sabiq vəzifəlilərinin işi məhkəməyə göndərildi

10 Oktyabr 2016 18:39

Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digər şəxslərin cinayət işinin materialları məhkəməyə göndərilib.