Rusiyada cinayət törədən azərbaycanlının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya Federasiyasında hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirləndirilərək həbs edilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi barədə müraciəti ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

Abşeronda 61000 manatlıq mal oğurlayan qadın tutuldu

APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, E. Həsənov hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilərək Rusiyada həbs olunub. Onun barəsində 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb və Azərbaycana təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31