Kriminal
Cahangir Hacıyevin məhkəməsinin vaxtı məlum olub
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə hökmünün elan ediləcəyi tarix məlum olub.
Azərbaycanda İsrail vətəndaşına qarşı 65 min dollarlıq dələduzluq edilib
Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib. Bu barədə APA-ya zərərçəkən İsrail vətəndaşı Ramil Rauf oğlu Bəşirzadə özü məlumat verib.
Rusiyada axtarışda olan Azərvaycanda saxlandı
Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Vüqar Səfərov saxlanılıb.
Ölkədən külli miqdarda valyutanın çıxarılmasının qarşısı alınıb
Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi "Mercedes E Class" markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin "Sınıq Körpü" gömrük postunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.
Çovdarov "Xatirə"ni 6 il mühasirədə saxlayıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun silsilə cinayət əməllərindən daha biri məlum olub.
Əli İnsanovun apellyasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Rusiyada qətl törədən şəxs Azərbaycanda tutulub
Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Vüqar Səfərov saxlanılıb.
Ad günü olan qızının qəbri üstünə getdi, sonra da özünü asdı
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərilib.
Tərtər sakinini qətlə yetirənin 2-si tutulub, 1-i müəyyən edilib
Sentyabrın 30-da Tərtər rayon sakini Səxavət Musaye döyülərək qətlə yetirilib. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirlərilə qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Aqil Aslanov və Şaiq Həsənov tutulub, daha 1 nəfər isə müəyyən edilib. Araşdırma aparılır.
Evdən qızıl aparanlar yaxalanıb
Sentyabrın 24-də Bakı şəhər sakini Leyla Məmmədovaya məxsus evdən 1150 ABŞ dolları və qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maqda şübhəli bilinən paytaxt sakinləri Vüqar Məmmədov və Ağa-Əli Əliyev tutulublar.
Soyğunçuluqla məşğul olan şəxs tutulub
Oktyabrın 11-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Nərgiz Seyidovaya məxsus mobil telefonu soyğunçuluq yolu ilə almışdır. DİN-dən verilən məlumata görə, Baş Mühafizə İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, paytaxt sakini Türkel Seyidov tutulub.
Suriyada döyüşən Zöhraba 12 il yarım cəza
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmə cinayət işini istintaqa qaytarıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəsoyğunçuluqda təqsirləndirilən Sübhan Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Şəmkir sakinindən narkotik vasitə götürülüb
Şəmkir sakininin həyətyanı sahsində narkotik vasitə aşkar edilıib. DİN-dən verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səyyad Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 2 ədəd çətənə kolu və 2 kiloqram 975 qram marixuana aşkar edilərək götürülüb.














