Kriminal
Şahid ifadəsi: “Taleh Bağırov dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edirdi”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Rusiyada Azərbaycan vətəndaşı 83 yaşlı qadını öldürdü
Rusiyanın Lipetsk vilayətinin Aleksandrovka kəndində 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 83 yaşlı qadını qətlə yetirib.
Xarici valyutanı Azərbaycandan çıxarmaq istədi
"Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən AR vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı keçirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb. Əməliyyat-İstintaq tədbirləri davam etdirilir.
Arvadını öldürüb qaçarkən qəzaya düşdü
Bakıda daha bir qətl törədilib. Məlumata görə, Suraxanı rayon Südçülük sovxozu ərazisində, çöllük sahədən naməlum qadın meyiti tapılıb. İlkin araşdırmalardan sonra qətlə yetirilmiş qadının 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızı olduğu müəyyən edilib. Məlum olub ki, onu qeyri-rəsmi nikahda yaşadığı Ağayev Azər Şirməmməd oğlu öldürüb. A.Ağayev hadisə yerindən qaçmaq istəyərkən özünə məxsus avtomobillə qəza törədib və xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Daxili orqanında heroin keçirmək istədi
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. “Olaylar” Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 17,785 qram olan narkotik vasitə – heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil "Lotu Quli"yə sui-qəsdən danışdı
"İndiyədək "Quli" mənə zəhərlənməsi təhlükəsiylə bağlı məlumat verməyib. Düzdür, bəzən onun həyatına təhlükə olub, bir sıra təhdidlər barədə də eşitmişik. Ancaq konkret zəhərləməklə bağlı aramızda söhbət olmayıb".
Leyla və Arif Yunusların kassasiya şikayəti üzrə proses təxirə salınıb
Ali Məhkəmədə Leyla və Arif Yunusların kassasiya şikayəti üzrə məhkəmə prosesi təxirə düşüb.
Nazirliyin keçmiş əməkdaşları 40 milyon mənimsəyiblər
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar.
Azərbaycanın 18 il əvvəl beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada tutulub
Beynəlxalq axtarışda olan azərbaycanlı Rusiyada saxlanılıb.
Rüfət Səfərovun apellyasiya şikayətinə baxılacaq vaxt məlum oldu
Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, sabiq müstəntiq Rüfət Səfərovun apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub. Bu barədə Trend-ə açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov deyib.
Zabrat sakinindən heroin götürülüb
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zabrat qəsəbə sakini Sərvər Hüseynovdan 0,397 qram heroin götürülüb. DİN-dən verilən məlumata görə, onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 510 qram heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan araşdırmaıar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Saatlıda qaçırılan maşın Hacıqabul-Horadiz yolunda saxlanıb
Oktyabrın 24-də Saatlı şəhərindən şəhər sakini Vüsal Muradova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, avtomobil həmin gün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunun 101-ci km-də saxlanılmış və onu idarə edən Mustafabəyli kənd sakini Davud Şəmmədovla birgə Saatlı RPŞ-yə təhvil verilib.
Anbarı qarət edənin qolları qandallanıb
Paytaxtda oğğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Bakı şəhər sakini Nicat Əliyevə məxsus anbardan tekstil malları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rafayel Talıbov və Ağdam rayon sakini Ramin Səfərov tutulublar.
Evdən qızıl aparan qardaşlar ələ keçib
Oktyabrın 24-nə keçən gecə Bərdə şəhərində yaşayan Sandıx Ələkbərovanın evindən qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ülvi İsmayılov və qardaşı Babək saxlanılıb.













