Kriminal

Terrorçu Bakı-İstanbul avtobusunu partlatmaq istədi - TƏFƏRRÜAT

28 Oktyabr 2016 11:27

Azərbaycan Respublikası Dövlət Təhlükəsiziliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl terrorçulara qarşı keçirdiyi əməliyyatın bəzi təfərrüatı məlum olub.

Binəqədidə binadakı yanğınla bağlı məhkəmədə şahidlər dindirilib

27 Oktyabr 2016 17:47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib.

MTN polkovnikinin intihar etdiyi sübuta yetirildi

27 Oktyabr 2016 17:19

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin təcridxanada intihar etməsi ilə bağlı başlanılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Vidadi Zeynalovun cinayət işi üzrə şahidlərin siyahısında Əli Abbasovun adı yoxdur

27 Oktyabr 2016 16:02

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə şahidlərin siyahısında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun adı yoxdur.

Sumqayıtda qaçırılan avtomobil Qubada tapılıb

27 Oktyabr 2016 16:00

Oktyabrın 26-da Sumqayıt şəhəri ərazisindən Siyəzən rayon sakini Orxan Abbasova məxsus “Opel” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, avtomobilin həmin gün Quba rayonu ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib. Həyata keçirilimiş tədbirlərlə avtomobil rayonun Dağlı kəndi ərazisində Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və onu idarə edən Siyəzən şəhər sakini, əvvəllər məhkum olunmuş Əzizağa Nadirovla birgə Sumqayıt ŞPİ 4-cü PB-yə təhvil verilib.

Quldurluq edən Sumqayıt sakini tutulub

27 Oktyabr 2016 15:59

Sumqayıtda quldurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də şəhər sakini Rəşad Sadıqova məxsus “VAZ-2107” markalı avtomobili və sərnişini Xəyalə Bəşirovaya məxsus 400 manat pulu quldurluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Şövqi Quliyev tutulub. Araşdırma aparılır. 

Oğrunun cibindən tiryək çıxdı

27 Oktyabr 2016 15:58

Şirvanda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Gəncə şəhəri ərazisində şəhər sakini Turqut Həsənova məxsus “VAZ-2107” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Salman Hüseynov tutulub. Ondan 2,38 qram tiryək götürülüb.

Qanunsuz ov edən Lənkəran sakinləri saxlanıb

27 Oktyabr 2016 14:54

Lənkəranda qanunsuz ovla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən Mamusta kənd sakinləri Samid Dadaşzadə və Rasif Əliyev qanunsuz ov etdikləri üçün saxlanıb. Onlardan nömrəsi silinmiş “TOZ-63” və “BUM” markalı ov tüfəngləri götürülüb.

DİN Binədəki qətl hadissilə bağlı məlumat yaydı

27 Oktyabr 2016 14:53

Oktyabrın 25-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini İlhamə Talıbovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətlin onun əri Azər Ağayev tərəfindən törədilməsi, həmçinin A.Ağayevin hadisədən sonra Qala qəsəbəsi ərazisində idarə etdiyi “Peugeot” markalı avtomobili paytaxt sakini Kamil Sultanovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurması və nəticədə xəstəxanaya yerləşdirilməsi müəyyən edilib. A.Ağayev nəzarətə götürülüb.

Keçmiş məhkumdan 3,5 kq marixuana götürülüb

27 Oktyabr 2016 14:53

Yevlax rayon sakinində xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xalid Muradovdan 3 kiloqram 521,76 qram marixuana götürülüb. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

İrandan psixotrop maddə gətirmək istədi

27 Oktyabr 2016 14:26

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın şalvarının cibindən bir ədəd bükümdə, xalis çəkisi 0,06 qram olan metamfetamin aşkar edilib. Xatırladaq ki, metamfetamin“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır. 

Lənkəranskinin mirası uğrunda savaş başladı

27 Oktyabr 2016 14:01

"Qanuni oğrular" Rövşən Lənkəranskinin mirasını bölməyə başlayıblar.  Olaylar.az aznews.az-a istinadən bildirir ki, Canıyevin Moskvadakı ən böyük aktivi olan göyərti, meyvə və tərəvəz satışı üzrə topdansatış bazarı Merab Suxumskinin tabeçiliyinə keçib. 

"Tsıqan" ləqəbli kriminal avtoritet apellyasiya şikayəti verib

27 Oktyabr 2016 11:29

Rusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Söyüşə görə qonşusunu öldürənə hökm oxundu

26 Oktyabr 2016 18:49

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməkdə təqsirləndirilən Vidadi İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

DİN polkovnikinin evində tapılan ton yarım pulun “obşak” olduğu üzə çıxdı

26 Oktyabr 2016 17:52

Rusiya Daxili İşlər Nazirliyinin “T” idarəsinin (antikorrupsiya idarəsi) rəis müavini Dmitri Zaxarçenko rüşvət aldığı yerdə həbs olunanda və onun evindən ton yarım ağırlığında (cəmi 9 milyard dollar) pul aşkar olunanda ekspertlər, mətbuat və FTX-nin müstəntiqləri bu pulun mənbəyi barədə baş sındırmağa başladılar. Çünki “sıravi” polkovnikdə bu qədər nəğd pul sutkanın 24 saatı dayanmadan rüşvət alsa da ola bilməzdi.