Rusiyada silah əməliyyatı

Azərbaycanlı bərbər tutuldu Rusiyada silah alveri ilə məşğul olan azərbaycanlı həbs edilib. Olaylar.az azvision.az-a istinadən bildirir ki, istintaqın yaydığı məlumata görə, Smolenskdə bərbər çalışan həmyerlimiz "Beretta" markalı tapanca daxil olmaqla iki ədəd tapança əldə edib və bu silahları "həmkarı" ilə birlikdə 50 min rubla satıb.

Azərbaycanlı bərbər tutuldu

Rusiyada silah alveri ilə məşğul olan azərbaycanlı həbs edilib.

Olaylar.az azvision.az-a istinadən bildirir ki, istintaqın yaydığı məlumata görə, Smolenskdə bərbər çalışan həmyerlimiz "Beretta" markalı tapanca daxil olmaqla iki ədəd tapança əldə edib və bu silahları "həmkarı" ilə birlikdə 50 min rubla satıb.

Polislər şəhər merini öldürdülər

Həmçinin müttəhim iki əldəqayırma tapança və dörd patron alıb, onları Kaluqa sakininə 47 min rubla satıb. Bundan başqa, saxlanılan həmyerlimiz bir ədəd naqan, 37 ədəd kiçik çaplı patron, 53 ədəd yivli tapança və küstar üsulla hazırlanmış travmatik tapançaların satışında ittiham edilir. 

Qeyd olunub ki, silah alverçisi olan azərbaycanlı FTX əməkdaşları tərəfindən saxlanılıb. Onun evində aparılan axtarış nəticəsində "PM" tapançası və ona aid 8 ədəd patron, polşa istehsalı "Kalaşnikov" avtomatı, Çexiya istehsalı müxtəlif silahlar, odlu silahların əsas hissələrinə aid ehtiyat hissələri və müxtəlif çaplı 90 ədəd patron aşkar edilərək götürülüb. 

Həmyerlimiz həmçinin polisdən gizlənmək üçün saxta pasportla gəzirmiş. Adı açıqlanmayan azərbaycanlı məhkəmə qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib, 20 min rubl miqdarında cərimə edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31