Polislər şəhər merini öldürdülər

Filippinin Mindanao adasında yerləşən şəhərlərindən birinin meri və onun yaxın ətrafından olan 9 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə polis əməkdaşları ilə atışmada öldürülüb.

Filippinin Mindanao adasında yerləşən şəhərlərindən birinin meri və onun yaxın ətrafından olan 9 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə polis əməkdaşları ilə atışmada öldürülüb.

Olaylar.az report-a istinadən bildirir ki, bu barədə Filippində nəşr edilən "Gulfnews" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə Kotabato əyalətində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, merin başçılıq etdiyi silahlı şəxslər üç avtomobildə hərəkət edərək polis nəzarət-buraxılış məntəqəsini atəşə tutublar.
Qeyd edək ki, yeni prezident Rodriqo Dutertenin hakimiyyətə gəlməsi ilə Filippində narkotik alverinə qarşı genişmiqyaslı güc kampaniyası başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31