Bakıda mağazadan 93 min manatlıq mobil telefon oğurlanıb
19 Avqust 2022 12:07 KriminalBakıda mağazadan 93 min manatlıq mobil telefon oğurlanıb.
Bu barədə Olaylar.az-a DİN-dən məlumat verilib. Xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31