Paytaxtda soyğunçuluq edən şəxs saxlanılıb

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir şəxsə zor tətbiq edərək 950 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Masallı rayon sakini Q.Həsənov və Cəlilabad rayon sakini N.Zamanlı saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, davam etdirilən tədbirlərlə N.Zamanlının Mingəçevir şəhər sakini E.Dursunovla birgə rayon ərazisindəki köşklərin birindən 2130 manat pul oğurlaması da müəyyən olunub. E.Dursunov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31